MÜSABİQƏLƏR
Topçubaşov Məhkəmə Müsabiqəsi
Topçubaşov Məhkəmə Müsabiqəsi Azərbaycanın görkəmli hüquqşünası Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, 2016-cı ildən bəri Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqədir. Müsabiqə 2018-ci ildən konstitusiya icraatı qaydasında həyata keçirilir. Əsas məqsədi hüquqi biliklərin praktiki tətbiqini təşviq etmək və bu yolla iştirakçıların arqumentasiya, hüquqi araşdırma və auditoriya qarşısında çıxış bacarıqlarının inkişafına xidmət etməkdir.
Topçubaşov Arbitraj Müsabiqəsi
Topçubaşov Arbitraj Müsabiqəsi Azərbaycanın görkəmli hüquqşünası Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, 2018-ci ildən bəri Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqədir. Bu Müsabiqə ölkəmizdə beynəlxalq təcrübəyə uyğun həyata keçirilən ilk arbitraj müsabiqəsi olaraq hüquq tələbələrinə mübahisələrin alternativ həlli üsullarından biri olan arbitraj prosesini dərindən mənimsəmək imkanı yaradır.
Xoyski Mediasiya Müsabiqəsi
Xoyski Mediasiya Müsabiqəsi Azərbaycanın görkəmli hüquqşünası Fətəli xan Xoyskinin xatirəsinə həsr olunmuş, 2020-ci ildən bəri Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqədir. Müsabiqənin məqsədi ölkədə mediasiya ənənələrinin gücləndirilməsi və tələbələrin praktiki bacarıqlarının artırılmasına xidmət etməkdir.
Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi
Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Sürəyya Ağaoğlunun xatirəsinə həsr olunmuş, Məhkəmə Müsabiqə Cəmiyyətinin yeni layihəsidir. Özünəməxsus formatda ölkədə ilk dəfə keçirilən Müsabiqə iştirakçı tələbələrə müqavilə hüququ sahəsində biliklərinin inkişaf etdirilməsi və peşəkar iş mühitində olduğu kimi danışıqlar aparılması bacarıqlarının əldə edilməsi imkanı yaradır.
