Phılıp C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi

Haqqında

Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi hər il 100-dən çox ölkədən təxminən 700 hüquq fakültəsinin iştirak etdiyi dünyada ən böyük məhkəmə müsabiqəsidir. Müsabiqə Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş əsasında aparılır. Bakı Dövlət Universiteti Müsabiqəyə 2000-ci ildə Azərbaycandan qoşulan ilk universitetlərdən olmuşdur.

Rəsmi sayt

Aşağıdakı düyməni klikləyərək Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının rəsmi saytına keçid edib Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz!

Ötən illərdən bəzi BDU komandaları

2026 Phılıp C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi

Komanda üzvü qeydiyyatı

Seçimlərə kimlər qatıla bilər?

2026/2027-ci tədris ilində Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə II, III, IV kurs, magistr səviyyəsi üzrə I, II kursda təhsil alan tələbələr seçim mərhələsi üçün qeydiyyatdan keçə bilərlər. Universiteti Müsabiqədə təmsil edəcək komanda maksimum 5 (beş) nəfərdən ibarət olmalıdır.

Təxmini təqvim

Müsabiqənin təxmini təqvimi belədir: 

  • İyun 2026 – Komandanın formalaşdırılması;
  • İyun – sentyabr 2026 – Müsabiqə İşinin yayımlanmasına kimi hazırlıq araşdırmaların aparılması;
  • Sentyabr 2026 – Müsabiqə İşinin elan olunması;
  • Sentyabr 2026 – yanvar 2027 – Yazılıların hazırlanması;
  • Fevral 2027 – Milli raundlarda iştirak;
  • Mart – aprel 2027 – Milli raundlarda ən yüksək nəticə göstərən iki komandanın Vaşinqtonda keçirilən beynəlxalq raundda iştirakı.

BDU seçimlərinin mərhələləri​

BDU komandasının seçimləri iki mərhələdə aparılacaq: 1) şifahi müsahibə və 2) yazıların qiymətləndirilməsi. Qeydiyyatdan keçmiş tələbələrlə ilkin olaraq şifahi müsahibələr keçiriləcək və növbəti mərhələyə keçən tələbələrdən yazı bacarıqlarının qiymətləndirilməsi üçün esselər təqdim etmək xahiş olunacaqdır. İlkin mərhələ olan müsahibələr zamanı iştirakçıların hüquqi arqumentasiya, hüquqi araşdırma və ingilis dili bacarıqları qiymətləndiriləcəkdir. Eyni zamanda müsabiqə prosesi barədə ümumi məlumat və beynəlxalq hüquq barədə fundamental anlayışın olması arzuolunandır. Beynəlxalq hüquqa giriş kimi hazırlanmış bu qısa materialla müsahibəyə hazırlaşa bilərsiniz. Uğurla qeydiyyatdan keçmiş namizədlərə müsahibələrin vaxtı haqqında e-poçt vasitəsilə məlumat veriləcəkdir.

Qeydiyyat formu

BDU Hüquq fakültəsinin qeydiyyata uyğun tələbələri aşağıdakı anketdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər:

Son tarix: 24 may, 23:59.

    Komanda məşqçisi qeydiyyatı

    Tələblər

    – Beynəlxalq publik hüquq sahəsində bilik və ya praktiki təcrübə;

    – Akademik və hüquqi ingilis dilini yüksək səviyyədə bilmək;

    – İyun – mart ayları arasında həftədə ən azı 8 – 12 saat vaxt ayıra bilmə imkanı.

    Əlavə üstünlüklər

    – Hüquq üzrə yüksək ixtisas dərəcəsi (Magistr və ya daha yüksək, yaxud ona bərabər dərəcə)

    – Jessup və ya digər beynəlxalq məhkəmə müsabiqələrində iştirakçı, məşqçi və ya hakim kimi əvvəlki təcrübə;

    – Beynəlxalq hüquq firmalarında, BMT qurumlarında, Beynəlxalq Cinayət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsində və ya digər beynəlxalq qurumlarda praktiki təcrübə;

    – Bakı Dövlət Universiteti və ya digər universitetdə hazırkı və ya keçmiş akademik vəzifə (müəllim, doktorant və ya tədqiqatçı kimi);

    – Xüsusilə hüquqi memorandumlarda, məhkəmə sənədlərində (brieflərdə) və ya akademik məqalələrdə güclü analitik yazı bacarıqları.

    BDU Hüquq fakültəsinin komandası üçün qeydiyyata uyğun məşqçilər buradan qeydiyyatdan keçə bilərlər.