XƏBƏRLƏR

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Müsabiqə İşi elan olunmuşdur!

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Müsabiqə İşi elan olunmuşdur!

Müsabiqə İşinə əsasən, tərəflər müdafiə sənayesi sahəsində texnologiya transferi müqaviləsi bağlayacaqlar. Belə ki, şirkətlər birgə əməkdaşlığın şərtləri, “IronHeaven-24” PUA-nın “nou-hau”sunun transferi forması, lisenziya şərtləri, mənfəətin bölüşdürülməsi və digər məsələlərlə bağlı razılığa gəlməyi hədəfləyirlər.

Müsabiqə İşi ilə tanış olmaq üçün keçid.

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinə qeydiyyat başlamışdır!

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinə qeydiyyat başlamışdır!

Ölkədə ilk dəfə təşkil olunacaq Müsabiqə tələbələrə real iş mühitinə bənzər şəraitdə danışıqlar aparmaq, təmsilçilik və müqavilə hazırlamaq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Müsabiqədə bakalavr təhsili alan 2, 3 və 4-cü kurs hüquq tələbələrindən ibarət komandalar iştirak edə bilərlər.
Müsabiqənin veb-saytına keçid.

Məhkəmə Müsabiqə Cəmiyyətinin 2025/26-cı tədris ili üzrə Heyəti!

Məhkəmə Müsabiqə Cəmiyyətinin 2025/26-cı tədris ili üzrə Heyəti!

2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universiteti Hüquq fakültəsi Məhkəmə Müsabiqə Cəmiyyətinin Heyətini təqdim edirik!

Ötən tədris ilində fəaliyyət göstərmiş heyət üzvlərimizə əmək və töhfələrinə görə dərin minnətdarlığımızı bildiririk!

Heyətlə buradan tanış ola bilərsiniz: https://bsumootcourtsociety.org/about/heyət/

 

Məhkəmə Müsabiqə Cəmiyyəti Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsini elan edir!

Məhkəmə Müsabiqə Cəmiyyəti Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsini elan edir!

Özünəməxsus formatı ilə ölkədə ilk dəfə keçiriləcək bu Müsabiqə türk dünyasının ilk qadın vəkili Sürəyya xanım Ağaoğlunun xatirəsinə həsr olunur. Müsabiqə vasitəsilə iştirakçılar peşəkar iş mühitinə uyğun danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərini təcrübədən keçirmək imkanı əldə edəcəklər.