XƏBƏRLƏR

“Ali konstitusiya ədalət mühakiməsi: konstitusiya icraatı qaydasında işə baxılması” mövzusunda təlim keçirilmişdir.

“Ali konstitusiya ədalət mühakiməsi: konstitusiya icraatı qaydasında işə baxılması” mövzusunda təlim keçirilmişdir.

27 dekabr 2025-ci il tarixində Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərovun təqdimatında təlim baş tutmuşdur. İştirakçılara konstitusiya ədalət mühakiməsi orqanı kimi Konstitusiya Məhkəməsinin səlahiyyətləri, konstitusiya icraatı və onun növləri barədə ətraflı məlumat verilmişdir.

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Müsabiqə İşi elan olunmuşdur!

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Müsabiqə İşi elan olunmuşdur!

“Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının komandası tərəfindən ərsəyə gətirilmiş Müsabiqə İşi rəqabət hüququ, əqli mülkiyyət hüququ və digər əlaqəli sahələri əhatə edir.

Müsabiqə İşi elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən “SmartFinLink” MMC ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi arasındakı mübahisəni əks etdirir. Belə ki, “SmartFinLink” MMC texnoloji cəhətdən asılı olduğu “AzeBytecs” MMC-nin yeni bulud platformasına keçidlə bağlı tələblərinin rəqabət qanunvericiliyini pozduğunu iddia edərək Agentliyə müraciət etmişdir. Mübahisə ilə bağlı Agentliyin və məhkəmələrin mövqeyi ilə razılaşmayan “SmartFinLink” MMC sonda pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Müsabiqə İşi ilə tanış olmaq üçün keçid edə bilərsiniz.

Omni Hüquq Şirkəti 2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin partnyorudur!

Omni Hüquq Şirkəti 2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin partnyorudur!

2002-ci ildən bəri fəaliyyət göstərən Omni Hüquq Şirkəti Azərbaycanın nüfuzlu hüquq şirkətlərindən biridir. Şirkət müştərilərinə bank, kommersiya, maliyyə, korporativ hüquq və digər sahələr üzrə peşəkar hüquqi xidmət göstərir. Partnyorumuza Müsabiqənin təşkilində göstərdiyi dəstəyə və yeni nəsil istedadlı hüquqşünasların yetişməsində verdiyi töhfəyə görə təşəkkür edirik!

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinə start verilir!

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinə start verilir!

Ölkədə konstitusiya icraatı qaydasında keçirilən yeganə müsabiqə olan Topçubaşov Məhkəmə Müsabiqəsi tələbələrin hüquqi arqumentasiya, hüquqi təhlil və hüquqi yazı bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

Müsabiqədə iştirak, mərhələlər və digər məsələlərlə bağlı daha ətraflı məlumat üçün Müsabiqə veb saytına keçid edə bilərsiniz.