Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi

Haqqında

Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi hər il 100-dən çox ölkədən təxminən 700 hüquq fakültəsinin iştirak etdiyi dünyada ən böyük məhkəmə müsabiqəsidir. Müsabiqə Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş əsasında aparılır. Bakı Dövlət Universiteti Müsabiqəyə 2000-ci ildə Azərbaycandan qoşulan ilk universitetlərdən olmuşdur.

Rəsmi sayt

Aşağıdakı düyməni klikləyərək Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının rəsmi saytına keçid edib Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz!

Ötən illərin BDU komandaları

2026 Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən keçirilən Əqli Mülkiyyət üzrə Məhkəmə Müsabiqəsində Bakı Dövlət Universitetini təmsil edəcək komanda üzvlərinin seçimi elan olunur!

Seçimlərə kimlər qatıla bilər?

2025/2026-cı tədris ilində Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə II, III, IV kurs, magistr səviyyəsi üzrə I, II kursda təhsil alan tələbələr seçim mərhələsi üçün qeydiyyatdan keçə bilərlər. Universiteti Müsabiqədə təmsil edəcək komanda maksimum 5 (beş) nəfərdən ibarət olmalıdır.

Təxmini təqvim

Müsabiqənin təxmini təqvimi belədir: 

  • May 2025 – Komandanın formalaşdırılması;
  • May – sentyabr 2025 – Müsabiqə İşinin yayımlanmasına kimi hazırlıq araşdırmaların aparılması;
  • Sentyabr 2025 – Müsabiqə İşinin elan olunması;
  • Sentyabr 2025 – yanvar 2026 – Yazılıların hazırlanması;
  • Fevral 2026 – Milli raundlarda iştirak;
  • Mart – aprel 2026 – Milli raundlarda ən yüksək nəticə göstərən iki komandanın Vaşinqtonda keçirilən beynəlxalq raundda iştirakı.

BDU seçimlərinin mərhələləri​

BDU komandasının seçimləri iki mərhələdə aparılacaq: 1) şifahi müsahibə və 2) yazıların qiymətləndirilməsi. Qeydiyyatdan keçmiş tələbələrlə ilkin olaraq şifahi müsahibələr keçiriləcək və növbəti mərhələyə keçən tələbələrdən yazı bacarıqlarının qiymətləndirilməsi üçün esselər təqdim etmək xahiş olunacaqdır. İlkin mərhələ olan müsahibələr zamanı iştirakçıların hüquqi arqumentasiya, hüquqi araşdırma və ingilis dili bacarıqları qiymətləndiriləcəkdir. Eyni zamanda müsabiqə prosesi barədə ümumi məlumat və beynəlxalq hüquq barədə fundamental anlayışın olması arzuolunandır. Beynəlxalq hüquqa giriş kimi hazırlanmış bu qısa materialla müsahibəyə hazırlaşa bilərsiniz. Uğurla qeydiyyatdan keçmiş namizədlərə müsahibələrin vaxtı haqqında e-poçt vasitəsilə məlumat veriləcəkdir.

Qeydiyyat formu

BDU Hüquq fakültəsinin qeydiyyata uyğun tələbələri aşağıdakı anketdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər:

***

Qeydiyyat başa çatmışdır.

***