Məhkəmə Müsabiqə Cəmiyyəti Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsini elan edir!

Özünəməxsus formatı ilə ölkədə ilk dəfə keçiriləcək bu Müsabiqə türk dünyasının ilk qadın vəkili Sürəyya xanım Ağaoğlunun xatirəsinə həsr olunur. Müsabiqə vasitəsilə iştirakçılar peşəkar iş mühitinə uyğun danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərini təcrübədən keçirmək imkanı əldə edəcəklər.